23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

05-07-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini Silvio Dulinski ilə görüş keçirilib.

Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə qurumun rəis müavini İlqar Həsənov keyfiyyət infrastrukturu sahəsində ölkəmizdə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib. Xüsusilə də “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələrdə yeni standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Beynəlxalq Standartlaşdırma Təşkilatının Baş katibinin müavini Silvio Dulinski keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi və tənzimlənməsində standartlaşdırma sahəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin ISO-nun keyfiyyət təminatı sahəsində siyasəti, qurum çərçivəsində qarşılıqlı əlaqələrin perspektivləri, beynəlxalq standartların təşviqi, eləcə də təşkilatın illik iclası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş: