22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Beynəlxalq qonaqlar “ASAN xidmət”in həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırılıb

13-05-2024
IMG

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbərliyi və Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib. Dövlət Agentliyinin dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirdiyi fəaliyyətin onlarda xoş təəssürat yaratdığını qeyd ediblər.

Laos tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair ilkin razılığa gəlinib.

Nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Paylaş: