13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vaksin bankı ilə bağlı müraciət yayıb

31-01-2024

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası dünya ictimaiyyətinə gələcəkdə baş verəcək pandemiyalar üçün qlobal vaksin ehtiyatları yaratmağı tövsiyə edib. 

Fhnews.az xəbər verir ki, Federasiyanın hesabatında bu addımın vaksinlərin dünyanın bütün regionlarında ədalətli bölgüsünü təmin edə biləcəyi bildirilib.

“Dövlətlər bütün regionların vaksinlərlə təmin edilməsini və onların ədalətli paylanmasını təmin edəcək beynəlxalq vaksin bankı yaratmaqla növbəti pandemiyaya hazırlaşmalıdır”, - deyə hesabatda qeyd edilir. Federasiya hesab edir ki, beynəlxalq ictimaiyyət pandemiya dövründə əhalinin qida, tibbi xidmətlə, o cümlədən informasiya və təhsil sahələrində çalışanların immunizasiya və ya dərman vasitələri ilə təmin olunmasına üstünlük verməlidir.

Federasiyanın hesabatı ölkə miqyasında fəaliyyət göstərən 90 Qızıl Xaç və Qızıl Aypara cəmiyyəti ilə işləyən 16 027 nəfər arasında keçirilən sorğuya əsaslanır. Onlardan COVID-19 pandemiyası zamanı vəziyyətlə bağlı fikirlərini bölüşmələri xahiş olunub. Tədqiqatda səhiyyə, təhsil, nəqliyyat işçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, biznes və media nümayəndələri iştirak ediblər.

Paylaş: