23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

02-02-2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, IFC ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmini vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı və digər sahələr üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, “yaşıl” enerji zonalarının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.

Cemi Fergüsson IFC adından Azərbaycanı COP29-a ev sahibliyi münasibətlə təbrik edib, təmsil etdiyi qurumun bu istiqamətdə daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.

Tərəflər bu il Azərbaycanda keçiriləcək COP29, “yaşıl” keçid, enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

Paylaş: