Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Həsni Əl Əyubi ilə görüşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə nazir müavini Firudin Qurbanov təhsil müəssisələrində idman sahəsinin tədrisi və məktəblilərimizin nailiyyətlərindən danışıb. Nazir müavini uşaqlarda sağlam davranış qaydalarının formalaşması və onların zərərli vərdişlərdən uzaqlaşmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb.
Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka federasiya tərəfindən beynəlxalq səviyyədə idman yarışlarının təşkili, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qonaq Elm və Təhsil Nazirliyi ilə uzunmüddətli tərəfdaşlıqda maraqlı olduqlarını dilə gətirib.
Görüşdə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən mütəmadi təşkil edilən Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi də müzakirə edilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...