13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Beşiktaşda 16 mərtəbəli binada yanğın: 29 nəfər həyatını itirib

02-04-2024

stanbulun Beşiktaş səmtində 16 mərtəbəli binanın alt mərtəbəsində bir iş yerində baş verən yanğında 29 nəfər həyatını itirib. Yanğınla əlaqədar 6 şübhəli saxlanılıb. Yanğın Masquerade adlı gecə klubunda saat 13:00 radələrində baş verib. Bildirilir ki, təmir işləri aparılarkən səhnənin yanında partlayış olub. Partlayışdan sonra alov gecə klubuna yayılıb. Həmin vaxt klubda və binada olanlar içəridə qalıblar.

Yanğında 29 nəfər həyatını itirib, xəstəxanaya aparılan  ağır yaralının müalicəsi davam edir. Yanğınsöndürmə briqadalarının intensiv müdaxiləsi ilə yanğın söndürülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Əli Yerlikaya da zəng edərək yanğınla bağlı ətraflı məlumat alıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu da bölgəyə gedərək vəziyyətlə yerində tanış olub.

Paylaş: