22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Belarusda birinci növ diabetin unikal müalicə üsulu işlənib hazırlanıb

27-01-2024

Minskdəki Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutunun alimləri diabetin inkişafını ləngidən unikal üsul aşkarlayıblar. Hüceyrə texnologiyalarının köməyi ilə yaradılan preparat xəstəliyin irəliləmə sürətini azaldır ki, bu da pasiyentlərə daha az miqdarda insulin tətbiq etmək imkanı verir.

Fhnews.az “MİR 24” saytına istinadla xəbər verir ki, hüceyrə məhsulunun yaradılmasına bir həftə tələb olunur. Onun köməyi ilə orqanizm beta-hüceyrələrin dağılmasına qarşı mübarizəni öyrənir. İnsulini bu hüceyrələr əmələ gətirir. Preparatın köməyi ilə qanda şəkərin miqdarının yüksəlməsi az hallarda baş verir. Lakin o, panaseyaya çevrilə bilməz.

“Bizim metodumuz tam müalicəyə istiqamətlənməyib, əgər proses başlı-başına buraxılıbsa və insulin əmələ gətirən hansısa miqdarda beta-hüceyrələr artıq məhv olubsa, təəssüf ki, bu, mümkün deyil. Bizim məqsədimiz yerdə qalanları qoruyub saxlamaqdır”, - deyə immunologiya və hüceyrə biofizikası laboratoriyasının aparıcı elmi əməkdaşı Natalya Antoneviç bildirib.

İdeyadan kliniki tədqiqatlaradək 10 il sərf olunub. Üsul sınaqdan keçib və praktikada tətbiq olunur. Bu, MDB üçün unikaldır, bütün dünyada isə buna bənzər tədqiqatlar barmaqla sayılır. Yaxşı təsir üçün preparat orqanizmə hər ay vurulmalıdır. Kurs 2-5 inyeksiya təşkil edir.

Belarus ixtirası ilə xarici pasiyentlər də maraqlanır. Ən çox müraciət ABŞ, Böyük Britaniya, Rusiya, Qazaxıstan və Birliyin digər ölkələrindən daxil olub.

Paylaş: