Baş prokurorluq Ağdamda ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı açıqlama yayıb
Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Fhnews.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...