Baltimorda dağılmış körpünün dağıntılarının təmizlənməsinə 60 milyon dollar ayrılıb
ABŞ-da prezident Co Bayden administrasiyası Merilend ştatına yük gəmisi tərəfindən dağılan Frensis Skott Key körpüsünün dağıntılarının çıxarılması üçün 60 milyon dollar federal büdcə ayırıb.
ABŞ-nın Merilend ştatının Baltimor şəhərində Patapsko çayı üzərində yerləşən Frensis Skott Key körpüsü yük gəmisinin toqquşması nəticəsində dağıldıqdan sonra dağıntıların çıxarılması üçün tədbirlər görülüb. Merilend qubernatoru Wes Moore mətbuat konfransında dağıntıların təmizlənməsi səyləri üçün federal hökumətdən tələb etdiyi 60 milyon dollarlıq təcili büdcənin təsdiqləndiyini açıqlayıb. Körpü dağıntılarını aradan qaldırmaq üçün ABŞ Ordusu Mühəndislər Korpusunun Şərq Sahilindəki ən böyük kranı gətirəcəyini ifadə edən Mur bildirib ki, “Dali” demək olar ki, Eyfel qülləsi qədər hündürdür və üzərində Key Körpüsünün hissələri var. Söhbət həmin gəmidə olan 3-4 ton poladdan gedir.
Körpünün yenidən qurulmasının ən azı 2 milyard dollara başa gələ biləcəyi bildirilir.
Merilend ştatı polisindən Roland Butler dünən verdiyi açıqlamada, axtarış işləri zamanı 8 metr dərinlikdə tapılan qırmızı pikapda iki işçinin cəsədinin tapıldığını söyləyib. Ərazinin dağıntılarla dolu olduğunu bildirən Butler axtarış işlərinin dayandırıldığını bildirib.
Körpünün uçması zamanı çaya düşən və hələ də axtarılan 4 nəfərin də həyatını itirdiyi təxmin edilir.
Xatırladaq ki, martın 26-da Baltimor limanından Şri-Lankanın paytaxtı Kolomboya yola düşən “Dali” adlı Sinqapur bayraqlı yük gəmisi Patapsko çayı üzərindəki Francis Scott Key körpüsünə çırpılıb. Təxminən 3 kilometr uzunluğunda olan körpü zərbənin təsirindən dağılıb, onun üstündən keçən avtomobillər çaya düşüb. Qəzadan sonra Merilend ştatında fövqəladə vəziyyət elan edilib, qəza zamanı körpüdə baxım və təmir işləri aparan və körpünün uçması zamanı çaya düşən 8 inşaat işçisindən 2-si xilas edilib.
Qeyd edək ki, ABŞ dövlət himninin müəllifi Frensis Skott Keynin adını daşıyan 4 zolaqlı körpü 1977-ci ildə açılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...