27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Bakının Səttar Bəhlulzadə küçəsinin bir hissəsi təmir olunur

11-06-2024
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunda Səttar Bəhlulzadə küçəsinin Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qədər olan hissəsi üzrə təmir işlərinə start verib.

Fhnews.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 4,9 km, ortalama eni 9 metr olan sözügedən küçə üzrə hazırda köhnə və yararsız asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri aparılır.

Təmir çərçivəsində küçə boyu zəruri yerlərdə köhnə səki daşlarının yenilənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, zəruri olan yerlərdə yağış barmaqlıqlarının yenilənməsi işləri də yerinə yetiriləcək.

İşlərin aparıldığı hissələrdə ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Paylaş: