13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

10-01-2024

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Fhnews.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Paylaş: