Bakı–Tbilisi–Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb
Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 0,43 faiz artaraq 3 milyon 269,1 min ton olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə neft nəqli 1,87 faiz azalaraq 2 milyon 486,1 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...