24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır

16-05-2024
IMG

Azərbaycanda mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturunun gecə 11-13°, gündüz 14-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı bildirilir.

Paylaş: