Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətində paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.
Bununla da hər kəs paytaxt Bakının daha da gözəlləşməsinə öz töhfəsini vermiş olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...