Bakıda qlobal iqlim dəyişikliyi ilə əlaqədar beynəlxalq elmi-praktik konfrans keçiriləcək
İyunun 11-12-də Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, konfransın əsas məqsədi quru və su ekosistemlərinin dəyişmə şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii və transformasiya olunmuş ekosistemlərdə heyvanların parazit faunasının və canlı orqanizmlərin müxtəlifliyinin gələcəkdə iqlim dəyişikliyinə uyğunlaşmasının aktual məsələlərinin müzakirəsindən ibarətdir.
Konfrans haqqında daha ətraflı məlumatla institutun saytında tanış olmaq mümkündür.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...