Bakıda bəzi küçələrdə avtomobil sıxlığını azaltmaq məqsədilə işıqforun iş rejimində dəyişiklik edilib
Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb.
Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qeyd olunan yolayrıcında işıqforun iş rejimində dəyişiklik edilib. Bununla yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb. Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin olunub.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...