Bakı metrosunun “Bakmil” stansiyasında hərəkət cədvəli yenilənib
İyunun 20-dən “Bakı metropoliteni” QSC-də qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, bununla əlaqədar “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Cədvəl “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilib.
Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.
Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...