Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
“Bakı metropoliteni” QSC-də QR biletlə ödəniş sisteminə müraciət edənlərin sayı əsaslı şəkildə artmaqdadır.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, 2024-cü ilin iyun ayı ərzində istifadəçilərin sayı may ayının (447 min 237 sərnişin) göstəriciləri ilə müqayisədə 66.6 faiz artaraq 745 min 138 sərnişin təşkil edib. Bu ödəniş üsulu ilə metroya daxil olanların orta statistik gündəlik sayı ay ərzində ilk dəfə 20 min həddini keçib - 24 min 838 sərnişin. Ay ərzində ən çox sərnişin iyun ayının 28-də qeydə alınıb və bir gün üçün 38 min 890 nəfər təşkil edib. Qeyd edək ki, may ərzində rekord göstərici 22 min 55 sərnişin olmuşdu. Ümumiyyətlə, iyun ayının 14-dən sonra iş günlərində QR bilet istifadəçilərinin sayı günbəgün artmaqla, 30 min sərnişindən çox olub.
İlin əvvəlindən istifadəçilərin sayı 1 milyon nəfəri ötərək, 1 milyon 725 min 35 sərnişin təşkil edib.
İlin ilk 4 ayı üzrə yanvarda 109 min 680, fevralda 148 min 25, martda 177 min 567 və apreldə 257 min 198 sərnişin QR bilet istifadəçisi kimi Bakı metrosundan daxil olub.
Stansiyalar üzrə statistikada “28 May” stansiyası liderliyini qoruyur və bir ay ərzində 30 minə yaxın sərnişin artımı ilə 70 min həddini keçib. Stansiyada 70 min 36 sərnişin QR biletlə ödəniş edib. Daha 4 stansiyada isə bir ay ərzində 50 min sərnişin səddi aşılıb: “Gənclik” (59 min 473), “Nərimanov” (53 min 125), “Koroğlu” (52 min 289) və “20 Yanvar” (51 min 743).
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...