Bakı hava limanına məcburi eniş edən təyyarə Gəncəyə yola düşüb YENİLƏNİB
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
16:18
“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Fhnews.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.
Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...