Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti təmirə dayandırılıb
Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti təmirə dayandırılıb
Fhnews.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən sərnişinləri qəbul edəcək.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...