Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-nə yaxın istiqamət təklif edir
Heydər Əliyev Beynəlxalq Aeroportu səyahət üçün müxtəlif istiqamətlər və aviaşirkətlər təklif etməklə sərnişinlər üçün əlçatanlığı təmin etməyə çalışır. Tətil mövsümünün başlanması ilə 30-a yaxın ölkə və 80-nə yaxın istiqamət (turizm kurortlarından tutmuş biznes paytaxtlarına qədər) sərnişinlər üçün daha da əlçatan olacaq.
Aeroportdan verilən məlumata görə, yay aylarında Türkiyənin şəhərləri ən populyar istiqamətlərdən biri olaraq qalır. İyundan etibarən Antalya, İzmir, Trabzon, Dalamana uçuşların tezliyi artırılacaq. Bu marşrutlar üzrə reyslər AZAL, “Turkish Airlines”, “Pegasus Airlines” və “Ajet” tərəfindən həyata keçiriləcək.
Körfəz kurort həvəskarlarına Əbu-Dabi, Şarja, Dubay, Bəhreyn və Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Uçuşlar milli aviadaşıyıcı, “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”, “Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” tərəfindən yerinə yetiriləcək. Həmçinin Bakı hava limanından AZAL və “Air Cairo” aviaşirkətləri vasitəsilə həftədə 3 dəfə Şarm əl-Şeyxə səyahət etmək mümkün olacaq.
Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen, Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artacağı istiqamətlər sırasındadır.
Bununla yanaşı, sərnişinlərə daha çox səyahət imkanları təqdim edilərək, iyun ayından etibarən Bakıdan yeni istiqamətlərə - Batumi, Bişkek, Buxarest, Sofiya, Bodrum,Dalaman və Maskata müntəzəm uçuşlar başlayacaq.
Uçuş cədvəlləri haqqında ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet saytından əldə etmək mümkündür.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...