AZTAND-da halal məhsulların sertifikatlaşdırılması ilə bağlı təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) arasında əməkdaşlıq çərçivəsində İnstitutun əməkdaşlarına halal məhsulların sertifikatlaşdırılması sahəsində OIC/SMIIC 1:2019 və OIC/SMIIC 2:2019 standartları üzrə təlim keçirilib.
Fhnews.az xəbər verir ki, 13-16 fevral tarixlərində keçirilən təlimdə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) və Türk Standartlar İnstitutunun (TSE) təcrübəli mütəxəssisləri çıxış ediblər.
Təlimdə ölkə ərazisində istehsal olunan məhsul və göstərilən xidmətlərə İslam qaydalarının tətbiqi, halal məhsulların idxal və ixracı zamanı yaranan texniki maneələrin aradan qaldırılması, halal məhsulların istehlakı ilə bağlı tənzimləmənin həyata keçirilməsi, onların ümumi istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsul və xidmətlərlə bağlı tələb və gözləntilərinin təmin olunmasına dair məsələlərə toxunulub. Eyni zamanda, müvafiq sahədə etimadın formalaşdırılması məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Orqanının Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumunda (HAK) akkreditasiya olunması ilə bağlı görüləcək işlər və prosedurlar haqqında məlumat verilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...