AZPROMO və “Enterprise Greece” arasında Anlaşma Memorandumu imzalanıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Fhnews.az xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, memorandum Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası çərçivəsində imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın xarici işlər nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Konstantinos Fraqkogyannis imzalayıblar.
Anlaşma Memorandumu ixrac və investisiya sahələrində birgə fəaliyyətin aktivləşdirilməsini, hər iki ölkədə investisiya imkanlarının təşviq edilməsini, eləcə də ölkələrin biznes icmaları arasında işgüzar əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutur.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...