Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb
Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) kimi fəaliyyətə başlayıb.
Fhnews.az xəbər verir ki, Röya Talıbova daha əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb.
Röya Talıbova 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib. Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...