23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq
 

21-02-2024

Bu il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. İki qardaş ölkə arasında baytarlıq sahəsi beynəlxalq tələblərlə xarakterizə olunan xüsusi tələblərə əsaslandığı üçün yeni imzalanan Saziş böyük əhəmiyyət kəsb edir.

Fhnews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bununla əlaqədar deyib: “Saziş ilə baytarlıq nəzarətində olan yüklərin qarşılıqlı ticarətinin və mübadiləsinin asanlaşdırılması, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, yoluxucu heyvan xəstəliklərinin meydana gəlməsi və yayılmasının qarşısının alınması və digər tədbirlər kimi mühüm fəaliyyət istiqamətlərinin tənzimlənməsi nəzərdə tutulub. Sənəddə ölkələrin öz daxili qanunvericiliklərindən irəli gələn məsələlərin həyata keçirilməsi, həmçinin tərəfdaş olduqları beynəlxalq layihələrdən yaranan öhdəlikləri öz qüvvəsini saxladığına görə hər iki ölkənin baytarlıq sistemlərinin müstəqil şəkildə inkişaf etdirməyə və mütərəqqi təcrübədən qarşılıqlı faydalanmağa şərait yaradacaq. Bundan başqa Sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi geniş məlumat və təcrübə mübadiləsinin aparılmasına kömək edəcək və qardaş ölkə ilə əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq. İki ölkə arasında müxtəlif növə və məhsuldarlıq istiqamətinə aid heyvanların, həmçinin heyvan mənşəli məhsulların və xammalın geniş ticarət potensialı mövcuddur və həmin potensialdan daha səmərəli istifadə etmək imkanları artacaq”.

Paylaş: