Azərbaycanın yaşıl enerji sektorunun inkişafı və bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq müzakirə edilib
ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşdə enerji sektorunda tərəfdaşlıq imkanları müzakirə olunub.
Fhnews.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.
Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb.
Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycanın energetika, o cümlədən, yaşıl enerji sektorunun inkişafı, bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...