Azərbaycanın və Şimali Kiprin qanunverici orqanları arasında əlaqələr müzakirə edilib
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Açıq qapı” günü keçirilib.
Tədbir bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, qida təhlükəsizliyi ilə bağlı risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün zəruri tədbirlərə diqqət çəkmək, həmçinin bu sahədə ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaq məqsədi daşıyıb.
“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşların, həmçinin KİV nümayəndələrinin qatıldığı görüşdə bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 17 laboratoriya və regional bölmə fəaliyyət göstərir. AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva qeyd edib ki, laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinə nəticələrinin düzgünlüyü və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.
Daha sonra iştirakçılar İnstitutun laboratoriyalarına baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin iştirakçılar qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyiblər.
“Açıq qapı” günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...