Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
Buxarest Parlament Sarayında keçirilən Rəqəmsal İnnovasiyalar Sammitində təşkil olunmuş “Kritik İnfrastrukturların Mühafizəsi – 2024” Beynəlxalq Konfransı keçirilib.
Fhnews.az XRİTDX-nin məlumatına istinadla xəbər verir ki, Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov konfransda çıxış edib.
Tural Məmmədov “Enerji infrastrukturlarının fəaliyyətində dayanmalar zamanı fövqəladə hallara hazırlıq” mövzusunda baş tutmuş panel müzakirələrində ölkəmizdə bu sahədə ötən il keçirilmiş “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsindən bəhs edib.
T.Məmmədov, kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyinə məsul komandalar üçün təlim xarakterli belə kibermüharibə yarışlarının təşkilinin faydasından danışmaqla, texniki təlimlərlə yanaşı, üst səviyyə idarəçilər üçün də böhranın idarəedilməsi mövzusunda “Table Top Exercises” təlimlərinin keçirilməsinin fövqəladə vəziyyətlərdə adekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Eyni zamanda, T.Məmmədov kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqləndiyini və cari ilin may ayından etibarən 2 illik icra ediləcəyini elan edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...