23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanın ionlaşdırıcı şüalanma sahəsində yeni ölçmə imkanları beynəlxalq səviyyədə təsdiqlənib

08-07-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) ionlaşdırıcı şüalanma sahəsi üzrə 3 sətir ölçmə və kalibrlənmə imkanı (CMC) "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro” (Bureau International des Poids et Mesures, BIPM) tərəfindən təsdiqlənib.

Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, CMC sətirləri əldə etməklə milli metrologiya qurumları ölçmələrinin dəqiq, etibarlı və beynəlxalq standartlara uyğun izlənilməsini, həyata keçirilən ölçmə və kalibrlənmə proseslərinin beynəlxalq səviyyədə tanınmasını və qəbul edilməsini təmin edir. CMC sətirləri beynəlxalq ticarət, keyfiyyətli əməkdaşlıq və davamlı inkişaf üçün əsas vasitələrdən biri olmaqla laboratoriyaların etibarlılığını, təhlükəsizliyini və rəqabətədavamlılığını artırır. BİPM saytında dərc olunmuş CMC sətirlər kalibrlənmə və ölçmələri yerinə yetirmək üçün laboratoriyanın yüksək səviyyəli texniki səriştəsini və ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir. Nəticə etibarilə institutun ölkə ərazisində müvafiq sahələr üzrə yüksək dəqiqliklə ölçmələr yerinə yetirmək qabiliyyəti hazırda BİPM saytında dərc olunmuş CMC sətirlər vasitəsilə nümayiş olunmaqdadır.

Paylaş: