Azərbaycanın 2 universiteti dünya reytinqində
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetlərinin siyahısına daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə dünyanın ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə dünyanın ən yaxşı 501-550 universitetlərinin siyahısına daxil olub.
Müvafiq reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...