23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda uçotda olan vergiödəyicilərindən 87 faizi fiziki şəxslərdir

11-06-2024
IMG

Cari ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 557 min 351 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Fhnews.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 104 min 649 vahid (7,2 faiz), o cümlədən fiziki şəxslərin sayı 90 min 817 vahid (7,2 faiz), hüquqi şəxslərin sayı 13 min 832 vahid (7,5 faiz) artıb.

Hesabat dövründə vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub.

Paylaş: