18 dekabr 2024, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə cari ilin yekununa dair toplantı keçirilib

14-12-2024
IMG

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.

Tədbirdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıb. Bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illik işğalı sona çatdırdı, separatçı rejimə son qoydu və Cənubi Qafqaz regionunun təhlükəsizliyi təmin edildi.

Toplantıda 2024-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin bölgələrə səfərləri barədə geniş məlumat verilib.

Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş: