Azərbaycana idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirləri çərçivəsində Türkiyə və İtaliyadan ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aparılan sınaq nəticələrinə əsasən Türkiyə Respublikasından “Lilit” MMC-nin idxal etdiyi “İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited” müəssisəsinin istehsalı olan ümumi sayı 5 250 ədəd “Aminopanten” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink” və “Maqnezium qlisinat”, “Healthy Life” MMC-nin idxal etdiyi “Pharmanor İlaç San. Tic. LTD” müəssisəsinin istehsalı olan ümumi sayı 4 500 ədəd “Depovit New” əmtəə nişanlı və “Pharma Standart İlaç Medikal LTD ŞTİ” müəssisəsinin istehsalı olan “Desol-D3” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Vitamin D3” miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib.
Eyni zamanda “El Kompaniya” MMC-nin İtaliya Respublikasından idxal etdiyi “PNK Farmaceutici S.P.A.” müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla “İmmunovis” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink qlükonat” miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və “Vitamin D3” miqdarının isə aşağı olduğu müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...