4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan XİN Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

13-02-2024

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

Fhnews.az xəbər verir ki, bu fikir son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

Şərhdə qeyd edilib ki, Azərbaycanın hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - deyə XİN-in şərhində vurğulanıb.

Paylaş: