24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

20-06-2024
IMG

Yeni yaradılan inhibitorlar Altsheymer xəstəliyi və şəkərli diabetin müalicəsi üçün bioloji əlavələrin inkişafına kömək edə bilər

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu alimlərinin Rusiyanın İrkutsk Kimya İnstitutu və Türkiyənin Atatürk və Bartın universitetlərindən olan həmkarları ilə “Asetilxolinesteraza (AChE) və α-qlikozidazanın (α-Gly) ikili inhibitorları kimi yeni və yüksək aktivlikdə olan pirrol-heterosikl törəmələrinin sintezi, “in vitro” və “in vivo” bioloji fəallığının tədqiqi” mövzusunda apardıqları beynəlxalq səviyyəli müştərək tədqiqatlar zamanı növbəti mühüm nəticələr əldə olunub.

Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, həmin mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 4.06 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi dərc olunub.

Məlumatda qeyd edilir ki, əlverişli farmakokinetik profillərə malik AChE və α-Gly fermentlərin güclü inhibə nümayiş etdirən yeni nəsil inhibitorların analoqları ilə müqayisədə daha təsirli olduğu müəyyən edilib. Bioloji fəallıqların molekulyar dokinq, dinamika simulyasiya və ADME proqnozlaşma çalışmaları belə bir nəticəyə gəlməyə imkan verib ki, bu birləşmələr AChE və α-Gly üçün seçici inhibitor olmaq potensialına malikdirlər. Yeni yaradılan inhibitorlar yaxın gələcəkdə Altsheymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılan bəzi qlobal xəstəliklərin müalicəsi üçün yeni bioloji əlavələrin inkişafına kömək edə bilər.

Paylaş: