Azərbaycan San-Fransisko Qlobal Texnologiya Forumunda təmsil olunur
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün San-Fransiskoda təşkil olunmuş Qlobal Texnologiya Forumunda iştirak edir.
Fhnews.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, forumda bu il 219 təşkilatı təmsil edən 300-dək qlobal lider iştirak edir. Dünya İqtisadi Forumunun 19 mərkəzi, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də tədbirdə təmsil olunur. Forum çərçivəsində ümumilikdə 110 spikerin çıxış edəcəyi planlaşdırılır.
Tədbirin keçirilməsində əsas məqsəd DİF tərəfindən inkluziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.
Forum çərçivəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan “Yeni enerji bərabərliyi” adlı sessiyada spiker qismində çıxış edəcək. Fariz Cəfərov, həmçinin üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.
Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...