Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 yanvar 2024-cü il tarixdə Hacıqabul şəhərində, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 25 yanvar 2024-cü il tarixdə Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...