Azərbaycan Müdafiə Nazirliyinin və DSX-nin rəhbərliyi "Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.
Nümayəndələr Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk Ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.
Sonda təntənəli konsert proqramı təqdim edilib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...