Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) intellektual məhsulunu - radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...