13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

11-06-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Bu ilin mart ayında Azərbaycan hökuməti ilə Albaniya Nazirlər Şurası arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında saziş ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, ətraf mühit və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib. İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlili və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Paylaş: