23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan "Gulfood 2024" sərgisində iştirak edir

20-02-2024

Dubay şəhərində “Gulfood 2024” - 29-cu Beynəlxalq Qida, İçkilər və “HoReCa sənayesi” sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi altında təqdim edir.

Fhnews.az xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, milli stenddə meyvə şirələri, süd məhsulları, mineral sular, meyvə-tərəvəz, kürü, qənnadı məhsulları, çay, qurudulmuş meyvələr, zeytun yağları, ədviyyatlar və ət məhsulları nümayiş olunur.

Bundan başqa, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq çap materialları təqdim edilir.

Fevralın 23-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

 

Paylaş: