22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliyada köklükdən əziyyət çəkənlərin sayı on ildə 61,5 faiz artıb

04-03-2024

Piylənməyə məruz qalan avstraliyalıların sayı on ildə iki milyon nəfərdən çox artıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, “The Obesity Collective” təşkilatı tərəfindən dərc edilən hesabata görə, 2022-ci ildə 6,3 milyon avstraliyalı piylənməyə düçar olub. Bu da 2012-ci ildəki 3,9 milyon nəfərdən 61,5 faiz çoxdur. Avstraliyada obez xəstəsi kimi təsnif edilməsi üçün insanın bədən kütlə indeksi (BMI) 30 və ya daha yüksək olmalıdır.

Hesabatda qeyd olunur ki, növbəti 40 il ərzində piylənmə Avstraliya iqtisadiyyatına təxminən 153 milyard dollara başa gələcək.

Təşkilatın direktoru Tiffani Petre piylənmənin 17 xərçəng növü də daxil 30-dan çox xəstəliklə əlaqəli olduğunu söyləyib. O, sağlamlıqları korlanmadan öncə insanlara dəstək olmağın, köklüyün fəsadlarını başa salmağın daha məntiqli çarə olduğunu qeyd edib. Petre, həmçinin hökuməti ətraf mühiti daha sağlam etmək, piylənmədən əziyyət çəkən insanlara faydalı tibbi xidmət göstərmək və artıq çəki ilə mübarizə aparmaq təşəbbüsləri üçün daha çox maliyyə vəsaitinin ayrılmasına çağırıb.

Avstraliyanın səhiyyə naziri Mark Batler “Wollongong” Universitetinin mütəxəssislərinə uşaqlara zərərli qidaların satışını məhdudlaşdırmağın mümkünlüyü ilə bağlı araşdırma aparmağı tapşırıb.

Paylaş: