22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliyada evsiz-eşiksizlərə istidə sərinlənmək üçün mobil mərkəzlər quraşdırılacaq

01-03-2024

Avstraliyada qızmar yay bürküləri başlayır. Bununla bağlı alimlər qrupu ölkə əhalisinin ən həssas təbəqələrindən biri - evsiz-eşiksizlərin müdafiəsi təşəbbüsü ilə çıxış edib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, fevralın 29-da Sidneyin bəzi ərazilərində temperatur 39 dərəcəyə çatıb. Sərinlənmək üçün mobil mərkəzlər evsizlərin toplaşdığı yerlərin yaxınlığında şəhər parklarında quraşdırılacaq. Onlara yemək, ventilyatorlar, sərin su təqdim olunacaq.

Evsizlərin ehtiyaclarının öyrənilməsi ilə bağlı layihənin aparıcı tədqiqatçısı, Sidney Universitetindən olan Timoti İnqlişin sözlərinə görə, günvurmadan hər hansı təbii fəlakətdən daha çox insan ölür. Lakin insanlar istinin nə dərəcədə ölümcül təhlükəli olmasını çox vaxt dərk etmirlər.

Layihə Sidney Universitetinin Sidneydəki Müqəddəs Vinsent xəstəxanası, Sidney Texnologiya Universiteti və Kvinslend Texnologiya Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Paylaş: