22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlanıb

25-03-2024

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb.

Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib.

Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısında elmə məlum olmayan bir böcək olduğunu müəyyən edib.

O qeyd edib ki, böcək təxminən bir santimetr uzunluğundadır və uzun tüklərlə örtülüb.

Ceyms Tvid əvvəlcə tapdığı böcəyin fotosunu "Facebook" səhifəsində yerləşdirib, daha sonra tapıntını ölkənin bütün həşəratlarının qeydiyyatını aparan mərkəzə gətirib. Öz növbəsində, həmkarlarından da heç kim daha əvvəl oxşar böcəklə qarşılaşmadıqlarını bildiriblər.

Yekdilliklə belə qərara gəlinib ki, bu, uzunbuynuzlu böcəyin yeni bir növü olan Excastra albopilosa böcəyidir.

Paylaş: