22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliyada daşqın fəlakəti

06-04-2024

Avstraliyanın Yeni Cənubi Uels ştatında güclü yağış daşqınlara səbəb olub. Ştat üzrə son 24 saat ərzində 4 min 128 yardım çağırışı qəbul edilib və 152 nəfər xilas edilib. Avstraliya rəsmiləri yerli əhaliyə daha yüksək nöqtələrə köçmələri barədə xəbərdarlıq edərək 152 nəfərin sel sularından xilas edildiyini açıqlayıb.

Təhlükəli daşqınların baş verdiyi ölkənin ən böyük şəhəri Sidneydə 72 xilasetmə əməliyyatı aparılıb.Yeni Cənubi Uels Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, yerli vaxtla səhər saat 05:00-a qədər son 24 saat ərzində əyalət boyu 4 min 128 yardım çağırışının qəbul edildiyi və 15 təxliyə əmri verildiyi qeyd edilib.

Yeni Cənubi Uelsin Baş naziri Chris Minns mətbuat konfransında bildirib ki, suyun səviyyəsi xüsusilə Sidneyin qərbindəki bəzi çaylarda artmaqda davam edir.

Paylaş: