13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Avropa İttifaqı liderlərinin Brüssel sammiti başlayıb

17-04-2024

Avropa İttifaqı liderləri iqtisadiyyat və rəqabət qabiliyyəti, Ukrayna, Türkiyə ilə əlaqələr və Yaxın Şərqdəki hadisələrlə bağlı mövzuları müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.

Avropa İttifaqına üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə təşkil olunan sammit yerli vaxtla saat 21.00-da başlayıb.Sammit 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə  seçkilər öncəsi Aİ liderlərinin son görüşüdür.

Aİ Şurasının sədri Çarlz Mişelin sədrliyi ilə keçirilən iclasda Aİ Komissiyasının sədri Ursula fon der Leyen və AP sədri Roberta Metsola da iştirak edir.Sabahkı iclaslarda iqtisadi məsələlər müzakirə olunacaq.

Paylaş: