22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

24-05-2024
IMG

Qida Təhlükəsizliyi Agentliyi respublikada fəaliyyət göstərən atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçirəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iyunun 3-dən 7-dək keçiriləcək monitorinqlər zamanı atların xüsusi təhlükəli xəstəliklərə görə laborator müayinələrin aparılması üçün mövcud olan onlardan diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumat toplanaraq təhlil ediləcək.

Monitorinqlər çərçivəsində epizootoloji və götürülmüş nümunələr barədə məlumat “Epicollect 5” proqramına daxil olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.

Monitorinqlər barədə məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq hesabata əlavə ediləcək.

Paylaş: