22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astronomlar kainatın yeni xəritəsini yaradıblar

26-03-2024

Astronomlar 1,3 milyon superkütləli qara dəliyin olduğu kainatın yeni xəritəsini yaradıblar.

“Cosmos Magazine”nin məlumatına görə, astronomlar Günəşdən 100 min ilə 10 milyard dəfə böyük olan superkütləli qara dəliklərin əmələ gətirdiyi, kainatın ən parlaq cisimləri olan kvazarlar, isti, turbulent qaz və toz kütlələrindən istifadə ediblər.

Avropa Kosmik Agentliyinə aid Gaia Kosmik Teleskopundan əldə edilən məlumatlara istinadən astronomlar arxa planda çəkilən kvazarlardan istifadə edərək, 1,3 milyon superkütləli qara dəlikdən ibarət kainatın xəritəsini yaradıblar.

Xəritəni yaradan elm adamlarından olan Nyu York Universitetinin professoru David Hoqq hazırladıqları kataloqun kainatın ən böyük həcminin 3D xəritəsini göstərdiyi üçün daha əvvəl yaradılmış bütün kataloqlardan fərqli olduğunu deyib.

Kvazar kataloqunun astronomik layihələrin nə qədər məhsuldar olduğuna dair gözəl bir nümunə olduğunu qeyd edən Hoqq "Gaia öz qalaktikamızda olan ulduzları müəyyən etmək üçün yaradılıb, eyni zamanda milyonlarla kvazar tapıb. Bu, bizə kainatın xəritəsini verib"-deyə əlavə edib.

Paylaş: