AQTA Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticələrini açıqlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyə müraciət daxil olduqdan dərhal sonra əməkdaşlar tərəfindən qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsində müayinələrin aparılması üçün məhsullardan, alət və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Laboratoriyanın yekun sınaq protokoluna əsasən müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində bakteriyalar aşkarlanıb.
Bununla da hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...