22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antarktida materikində ilk dəfə quş qripi aşkar edilib

27-02-2024

“The Guardian” qəzetinin məlumatına görə, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Basenin alimləri iki ölü puffini tədqiq ediblər. Alimlər quş qripinin iki puffində müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.
Antarktika Tədqiqatları üzrə Elmi Komitə Antarktidadakı Hope körfəzində də H5N1 olması ehtimal edilən bəzi halların tapıldığını bildirib: "Bu kəşf ilk dəfə olaraq H5N1 virusunun qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafəyə baxmayaraq Antarktidaya çatdığını göstərir.”

Elm adamları quş qripinin bütün dünyada yayılmağa davam etdiyini və virusun köçəri quşlar tərəfindən qitə materikinə gətirilə biləcəyini açıqlayıb.

Xatırladaq ki, H5N1 adlı quş qripi səbəbiylə 2021-ci ildən bəri milyonlarla quş tələf olub.

Paylaş: